Merkel Qarabağdan danışdı: “Buna göz yuma bilmərik”

  30 Noyabr 2018    Oxunub : 3562
Merkel Qarabağdan danışdı: “Buna göz yuma bilmərik”
Almaniya Rusiyanın yaxınlığında yerləşən ölkələrin öz istədikləri kimi inkişaf edə bilməmələrinə və post-sovet məkanındakı münaqişələrə göz yuma bilməz

Azvision.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Berlində keçirilən III Almaniya-Ukrayna İqtisadi Forumunda çıxış edərkən deyib.
Moskva ilə Kiyev arasıda bu günlərdə yaranan Kerç gərginliyinə diqqət çəkən Merkel bildirib ki, Rusiya Ukraynanın şərqi ilə yanaşı, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistanda da qeyri-sabitlik yaradır. Buna səbəb kimi həmin ölkələrdəki dondurulmuş münaqişələrə eyham vurub.

“Rusiyanın qonşuluğunda konkret ölkələr qrupu var ki, onlar öz istədikləri kimi inkişaf edə bilmirlər. Almaniya olaraq buna göz yuma bilmərik”.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Merkel   Qarabağ   Rusiya   Ukrayna