Türkiyə 18 səudiyyəlinin həbsinə qərar verdi

Türkiyə 18 səudiyyəlinin həbsinə qərar verdi
  30 Noyabr 2018    Oxunub:4475
İstanul Cinayət Məhkəməsi jurnalist Camal Kaşoqinin qətlində təqsirləndirilən 18 səudiyyəlinin qiyabi həbsi barədə qərar çıxarıb.
Azvision.az türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə İstanbulun baş prokurorunun həbs istəyi üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşına münasibətdə bu cür qərar çıxarıb. Həmçinin, onların ekstradisiyası və harada olduqları barədə məlumatın verilməsi üçün Ankara Ər-Riyada müraciət ünvanlayıb.

Türkiyənin Cinayət Məcəlləsinə uyğun olaraq, 18 səudiyyəliyə qarşı bilərəkdən amansız cinayət törəkmək maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd olunur ki, həbsə məhkum olunan 18 səudiyyəlidən 15-i Ər-Riyaddan təyyarə ilə İstanbula gələrək Səudiyyənin buradakı baş konsulluğunda Kaşoqini öldürən, yaxud ölümündə iştirak edənlərdir. Onlara qarşı ABŞ, Almaniya, Fransa və bir neçə digər dövlətlər isə sanksiyalar tətbiq ediblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti