Bakı əhalisinin sayı: Qadınlar yenə kişilərdən çoxdur

 Bakı əhalisinin sayı: Qadınlar yenə kişilərdən çoxdur
  30 Noyabr 2018    Oxunub:4654
Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11 min 300 nəfər artaraq oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273 min 900 nəfərə çatıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 1062 nəfər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 22494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.


Azvision.az


Teqlər: Bakı   Əhali  





Xəbər lenti