Nobel mükafatçısı BDU-da dərs keçdi

Nobel mükafatçısı BDU-da dərs keçdi
  02 Noyabr 2013    Oxunub:1190
Kaliforniya Universitetinin professoru, Nobel mükafatı laureatı Corc Smut Ficerland BDU-da mühazirə oxuyub.
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ astrofiziki və kosmoloqu, Kaliforniya Universitetinin professoru, Nobel mükafatı laureatı Corc Smut Ficerlandı qəbul edib.BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, rektor Nobel mükafatçısını universitetdə görməkdən məmnun olduğunu ifadə edib. Qarşılıqlı maraq doğuran görüşdə alimlər elmin müxtəlif istiqamətlərindən, nanotexnologiya və innovasiyalardan bəhs ediblər.

Daha sonra Nobel mükafatı laureatı - Corc Smut Ficerlandı fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alim, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib.


Teqlər:  





Xəbər lenti