Gürcülərə evdə marixuana çəkməyə icazə verildi

Gürcülərə evdə marixuana çəkməyə icazə verildi
  01 Dekabr 2018    Oxunub:6379
Gürcüstan parlamenti marixuanadan istifadə ilə bağlı qanun qəbul edib.
Azvision.az xəbər verir ki, qanuna əsasən, marixuanadan vətəndaşlar yalnız özlərinə məxsus yerlərdə istifadə edə bilərlər, ictimai yerlərdə isə qadağandır.

Bundan əlavə, 21 yaşınadək insanların marixuanadan istifadəsi qanunla qadağan edilib. Qanunun tələblərini pozan şəxslər 500 laridən - 1000 lariyədək, təkrar pozanları isə 1000 laridən - 1500 lariyədək cərimələnəcək.

Qeyd edək ki, qanunun təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Daxili İşlər Nazirliyidir.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti