Tramp Buş ailəsinə başsağlığı verdi

  01 Dekabr 2018    Oxunub : 3679
Tramp Buş ailəsinə başsağlığı verdi
ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya ölkənin 41-ci prezidenti olmuş böyük Corc Buşun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə başsağlığı veriblər.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə tvitter səhifəsində yazan Tramp Buşu amerikalı gənc nəsli ilhamlandıran lider adlandırıb.

“Melaniya və mən sabiq prezident böyük Corc Buşun həyatdan köçməsi ilə əlaqədar xalqın kədərinə qoşuluruq. Böyük Buşun vəfatı üzündən ürəklərimiz ağrıyır və 41-ci prezidentin həyat və irsinə hörmət edərək biz Amerika xalqı ilə birlikdə Buş ailəsinə öz dualarımızı göndəririk “ - Tramp bildirib.

Donmald Tramp həmçinin vurğulayıb ki, Buş əsl realizmi, qarşısındakını tərksilah edən iti ağlı və inancına, ailəsinə və ölkəsinə münasibətdə sarsılmaz sadiqliyi ilə amerikalı nəsilləri dövlət qulluğunda xidmət etməyə ilhamlandırıb: “Böyük Buş görkəmli liderlik keyfiyyətlərinə malik idi və ölkəni onilliklərlə çiçəklənməyə gətirdi" - Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın sabiq 41-ci prezidenti böyük Corc Buş 95 yaşında dünyasını dəyişib. 1989-1993-cü illərdə ABŞ prezidenti olan siyasətçinin arvadı Barbara Pirs isə bu ilin əvvəlində dünyasını dəyişib. Onun böyük oğlu - Kiçik Corc Buş ABŞ-ın 43-cü prezidenti olub, digər oğlu Ceb Buş isə Floridanın qubernatoru postunu tutub.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: ABŞ   Tramp   Buş