Paşinyan Rusiyaya gedir

 Paşinyan Rusiyaya gedir
  01 Dekabr 2018    Oxunub:5712
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Rusiyaya işçi səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 6 dekabrda baş tutacaq səfər çərçivəsində Paşinyan Avrasiya İqtisadi İttifaqının dövlət və hökumət başçılarının daxil olduğu Avrasiya Ali İqtisadi Şurasının Sankt-Peterburqdakı iclasına qatılacaq. Həmçinin, yerli erməni diasporasının nümayəndələrilə bir sıra görüşlər keçirəcək.

Rusiyada qalacağı müddətdə Paşinyanın prezident Vladimir Putinlə də "sürpriz" görüş keçirib-keçirməyəcəyi bilinmir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti