"G20" liderləri yekun bəyannamə qəbul etdilər

"G20" liderləri yekun bəyannamə qəbul etdilər
  02 Dekabr 2018    Oxunub:4884
"G20" liderləri Argentinada keçirilən sammitin nəticələrinə dair yekun bəyannamə qəbul ediblər.
Noyabrın 30-dan dekabrın 1-nə qədər Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan G20 sammitinin yekunlarına görə liderlər müştərək yekun bəyannamə razılaşdırıblar.

"Biz qanunlara əsaslanan, sürətlə dəyişən dünyanın çağırışlarına effektiv cavab verməyə qadir olan beynəlxalq qaydaları yaxşılaşdırmaq üçün birlikdə işləmək öhdəliyini təsdiq edirik", - deyə sənəddə qeyd olunub.

Bildirilib ki, bəyannamənin mətnində iqlim dəyişikliklərində, beynəlxalq ticarətdə, rəqəmsal iqtisadiyyatda, fiskal siyasətdə və digər problemləri əks etdirən bəndlər də yer alıb.

Ümumiyyətlə, bəyannamə 31 bənddən və bir sıra əlavələrdən ibarətdir.

Azvision.az



Teqlər:



Xəbər lenti