Fransada 300 etirazçı saxlanılıb - 110 nəfər yaralanıb

Fransada 300 etirazçı saxlanılıb -  110 nəfər yaralanıb
  02 Dekabr 2018    Oxunub:5174
Fransanın paytaxtı Parisdə “sarı gödəkçələr”in keçirdiyi etiraz aksiyalarında 300 nümayişçi saxlanılıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar zamanı 110 nəfər yaralanıb, onlardan 17-si polis əməkdaşıdır.
Paris küçələrində onlarla maşın yandırılıb, ticarət obyektlərinə maddi ziyan vurulub. Aksiyanın bu gün davam edəcəyi bildirilir.

Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində benzinin qiymətinin qalxmasından şikayət edən sürücülərin irimiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyaya fransalı sürücülərin işığı əks etdirən xüsusi üst geyimi olan “sarı gödəkçələr” adını veriblər.

Azvision.az


Teqlər: Paris   Etiraz   Aksiya  





Xəbər lenti