Tramp Kimlə görüşəcəyini bəyan etdi

Tramp Kimlə görüşəcəyini bəyan etdi
  02 Dekabr 2018    Oxunub:4492
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp Argentinada keçirilən "G20" sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş gələn ilin yanvar və fevral ayında baş tuta bilər. Görüşün harada keçiriəcəyinə dair suala Tramp hələlik bunun müəyyən edilmədiyini söyləyib.

ABŞ prezidenti, həmçinin Kim Çen Inı ölkəsinə dəvət edəcəyini istisna etməyib.

Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti