Ermənistan ordusu itki verdi

 Ermənistan ordusu itki verdi
  03 Dekabr 2018    Oxunub:4868
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qoşunların təmas xəttində xidmət edən 1987-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Qor Avqanoviç Sarkisyan ölümcül güllə yarası alıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun meyiti döyüş postunda aşkar edilib.
Qeyd edilib ki, Qor Sarkisyan 2016-cı ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edib. Hadisə ilə bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti