“Taliban”ın daha bir komandiri məhv edildi

 “Taliban”ın daha bir komandiri məhv edildi
  03 Dekabr 2018    Oxunub:3580
ABŞ-ın Əfqanıstanın Hilmənd əyalətinə endirdiyi hava zərbələri nəticəsində “Taliban” silahlı hərəkatının komandirlərindən biri ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın “1TV” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Taliban”ın Hilmənd əyalətindəki kölgə komandiri Abdul Manan Axund şənbə axşamı Navzad rayonuna endirilən hava zərbələri ilə məhv edilib. Onunla birlikdə hərəkatın daha 4 üzvü zərərsizləşdirilib.

Telekanalın məlumatına görə, “Taliban” Axundun ölümünü “böyük itki” adlandırıb.

Xatırladaq ki, “Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə ediblər.

Silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti