Qalmaqallı şahzadə Əlcəzairdə danışıqlar aparır

Qalmaqallı şahzadə Əlcəzairdə danışıqlar aparır
  03 Dekabr 2018    Oxunub:3988
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Argentinadakı “G20” sammitində iştirakdan sonra ərəb ölkələrinə turunu davam etdirərək Əlcəzairə gəlib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Əlcəzairdə onu baş nazir Əhməd Uyəhya qarşılayıb. İki gün davam edən görüşlərdə Əlcəzair-Səudiyyə qarşılıqlı investisiyaları, xüsusən neft və neft-kimya sektorlarına sərmayələrin yatırılması, həmçinin, ikitərəfli ticarət münasibətləri müzakirə olunub.

Lakin Əlcəzairdə nümayişlər qadağan edildiyindən, Tunisdə olduğu kimi vəliəhdi etirazçı kütlə qarşılamayıb. Bununla belə, bir qrup tanınmış əlcəzairli jurnalist və ziyalılar hökumətə açıq məktub yazaraq Məhəmməd bin Salmanın səfərinə etiraz ediblər və bildiirblər ki, bu, “qeyri-etik və siyasi cəhətdən qeyri-münasibdir.”

Əlcəzair çox az ərəb ölkələrindəndir ki, Səudiyyə ilə yanaşı Ər-Riyadın əzəli regional rəqibi İranla və jurnalist Camal Kaşoqinin ölümünə görə münasibətləri daha da soyuyan Türkiyə ilə yaxşı əlaqələrə malikdir.

Qeyd edək ki, ərəb ölkələrinə turne və “G20” sammitində iştirak 6 həftə əvvəl səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra xaricə ilk səfərləridir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Əlcəzair   G20   Türkiyə   İran  





Xəbər lenti