
G20 zirvəsinin sonunda Putin avtomobilinin yalnız özünün deyil, bəzi ərəb dostlarının da bəyəndiyini və onların belə avtomobil almaq istədiklərini söyləyib. Rusiyanın NAMİ Avtomabil İnstitutu tərəfindən istehsal edilən maşın raket və bombaya qarşı tam qorumanı təmin edir.
2019-cu ilin martında Cenevrədə təşkil olunacaq avtomobil sərgisində Rusiyanın “Aurus” limuzini izləyicilərə təqdim edəcək.
Azvision.az digər dövlət başçılarının xidməti maşınlarını təqdim edir:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Mercedes S600 Long

ABŞ prezidenti Donald Tramp - Cadillac One

Böyük Britaniya kraliçası II Elizabet (Elizabeth Alexandra Mary) - Bentley Limuzin

Böyük Britaniya Baş naziri Tereza Mey - Zırhlı Jaguar XJ

Çin Xalq Respublikasının prezidenti Şi Cinping - Hongqi Limuzin

Almaniya Kansleri Angela Merkel - Mercedes- Benz S600L

Yaponiya imperatoru Akihito - Toyota Century Royal

Fransa prezidenti Fransua Olland - Citroen DS5

Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


