Ermənistanda mer istefa verdi

 Ermənistanda mer istefa verdi
  03 Dekabr 2018    Oxunub:4564
Ermənistanın Qeqarkunik əyalətinin Vardenis şəhərinin meri Aram Arutyunyan tutduğu vəzifədən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Vardenis meriyasının aparatından bildirilib.

“Ötən axşam o, istefası barədə ərizə yazdı” - aparat rəhbəri deyib.

Qeyd edək ki, Aram Arutyunyan hazırda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın müvəqqəti hökumətinə müxalif mövqedə olan, ölkənin sabiq prezidenti Serj Sarkisyanın Respublikaçılar partiyasının üzvüdür. O, 2017-ci ilin 13 noyabrında Vardenisin meri vəzifəsinə seçilmişdi.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Vardenis  





Xəbər lenti