Ermənistan telekanalında Paşinyan tənqid olundu

Ermənistan telekanalında Paşinyan tənqid olundu
  04 Dekabr 2018    Oxunub:4326
"Ermənistanda inqilab olmayıb, sadəcə hakimiyyət zorla ələ keçirilib"
Azvision.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın partiyadaşı Menua Harutyunyan "Şant" telekanalında yayımlanan “Herankar” (Perspektiv) verilişində səsləndirib.

O, çıxışında Ermənistanın hazırki rəhbərliyini tənqid edib. Bildirib ki, Nikol Paşinyanın “Mənim addımım” blokunu təmsil edən Ruben Rubenyan canlı yayımda onunla debatdan qaçıb.

Harutyunyanın sözlərinə görə, indiki hakimiyyət qeyri-ciddi adamları məsul vəzifələrə təyin edir. Onlar isə vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmirlər. Bundan əlavə, qeyd olunub ki, Paşinyan hakimiyyəti Ermənistanı iqtisadi böhrandan xilas yollarını tapa bilmir. Nəticədə iqtisadi inkişaf getdikcə aşağı düşür.

Alpər Mövludoğlu
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti