İsrail “Hizbullah”a qarşı hərbi əməliyyata başladı
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bəyan edib.
“Bir sıra bu cür tunellərin mövcudluğu barədə bizdə məlumat var. Amma hələ onların sayını konkretləşdirməyəcəm. Bu tunellər istismara verilməyib və israillilər üçün təcili təhdid yaratmırlar”, – deyə Konrikus bildirib.
İsrailli rəsmi onu da vurğulayıb ki, əməliyyatlar Colan yüksəkliklərinin şimal hissəsi daxil olmaqla, yalnız İsrailin nəzarəti altındakı ərazilərlə həyata keçiriləcək: “Biz ehtiyatda olan hərbçiləri səfərbər etməmişik, lakin Şimal dairəsindəki qoşunlarımızı gücləndirərək onları yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişik”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Hizbullah Livan İsrail