Mafiyaya qarşı xüsusi əməliyyat - 46 nəfər tutuldu (FOTO)
Əməliyyat zamanı “Cosa Nostra”'nın yeni lideri 80 yaşlı “zərgər” ləqəbli Settimino Mineo da saxlanılıb. Onunla yanaşı keçmişdə mafiya lideri kimi tanınan Gregorio di Giovanni, Filippo Salvatore Bisconti ve Francesco Colletti də ələ keçirilib. Mafiya üzvləri ağır cinayətlər törətmə, "kölgə iqtisadiyyatı" və silahlı hücumlarda ittiham edilirlər.
Qeyd olunur ki, 1993-cu ildən bəri yığıncaq keçirməyən “Cosa Nostra” bu ilin may ayının 29-da toplanıb. Yığıncaqda bir il öncə ölən mafiya lideri Toto Riinanın yerinə 11 il həbsdən sonra azadlığa çıxan “zərgər” ləqəbli Settimino Mineonu seçilib.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Mafiya İtaliya Polis Həbs Sxodka