Humanitar yardım üçün 21,9 milyard dollar ayrılacaq

Humanitar yardım üçün 21,9 milyard dollar ayrılacaq
  04 Dekabr 2018    Oxunub:4422
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2019-cu il üçün dünya üzrə mövcud humanitar böhranlara yardım məqsədilə bu gün ümumilikdə 21,9 milyard ABŞ dolları həcmində yardım ayrılması barədə donor ölkələrə müraciət ünvanlayıb.
Azvision.az “The New York Times”a istinadən xəbər verir ki, məbləğin ən böyük qismi - 4 milyard dollar Yəməndəki humanitar əməliyyatlar üçün nəzərdə tutulub.

Lakin qeyd olunur ki, müraciətə Suriyadakı böhran üçün maliyyə tələbləri daxil deyil. Suriyaya humanitar dəstəklə birlikdə BMT-nin gələn il üçün qlobal humanitar xərclərinin 25 milyard dollar təkil edəcəyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Yəmən   BMT  





Xəbər lenti