Pamela Anderson etirazçılara dəstək verdi

Pamela Anderson etirazçılara dəstək verdi
  05 Dekabr 2018    Oxunub:4527
Məşhur Hollivud aktrisası Pamela Anderson Fransada yanacağın qiymətinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyalarını dəstəkləyib.
Azvision.az xəbər verir ki, dünya şöhrətli aktrisa "Tvitter" hesabında nümayişçilərə dəstək nümayiş etdirib, Fransa prezidenti Emmanuel Makronin fəaliyyətini tənqid edib. Anderson insanların sosial ədalətsizlikdən etirazlara əl atdığını vurğulayıb.

Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin çoxalmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Tələbələr və digər peşə sahibləri də etirazlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunub. Kütləvi etirazlardan sonra Fransa hökuməti geri addım ataraq yanacaq vergilərinin artırılmasını müvəqqəti dayandırıb.

Azvision.az



Teqlər: Aktrisa   Fransa  





Xəbər lenti