Ermənistan XİN rəhbəri Brüsseldə Qarabağ danışıqlarında

 Ermənistan XİN rəhbəri Brüsseldə Qarabağ danışıqlarında
  05 Dekabr 2018    Oxunub:4696
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ötən gün Belçikanın paytaxtı Brüsselə işçi səfəri çərçivəsində NATO baş katibinin müavini Rouz Qetemüller və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşərək Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti və danışıqlar prosesinin hazırkı durumunu müzakirə edib.
Azvision.az Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, NATO rəsmisi Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişi ilə maraqlanıb.

Nizamlanmaya dair İrəvanın mövqeyini və prioritetlərini Qetemüllerin diqqətinə çatdıran Mnatsakanyan bildirib ki, “Qarabağ müanqişəsində başlıca məsələ insanlardır. Bu problemin həllinin açarı isə onların təhlükəsizliyinin təmin edilməsidir”

Moqerini ilə görüşdə isə Ermənistan XİN-in rəhbəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində son proseslər barədə məlumat verib. Bildirib ki, Ermənistan münaqişənin ATƏT-in Minsk qrupunun mandatı altında yalnız sülh yolu ilə həllinin tərəfdarıdır.



Qeyd edək ki, bu gün ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsinə Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) də iştirakilə Milanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   DağlıqQarabağ   NATO   Avropaİttifaqı  





Xəbər lenti