Bir ildə 19 minə yaxın insan terrorun qurbanı olub

Bir ildə 19 minə yaxın insan terrorun qurbanı olub
  05 Dekabr 2018    Oxunub:4704
2017-ci ildə 18,8 min nəfər terror aktları nəticəsində həlak olub.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) hazırladığı “Qlobal terrorizm indeksi” adlı məruzədə yer alıb.
Qeyd olunub ki, 2014-cü illə müqayisədə dünyada terror aktları nəticəsində həlak olanların sayı 44 faiz azalıb. Eyni zamanda Suriya və İraqda terror hücumları nəticəsində həlak olanların sayı bir ildə iki dəfə azalıb. Məruzəyə əsasən, ölümlə nəticələnən terror aktları dünyanın 67 ölkəsində qeydə alınıb.

Azvision.az


Teqlər: Terror  





Xəbər lenti