Günün sualı: S.Rüstəmxanlı kiminlədir? - VİDEOFAKT

Günün sualı: S.Rüstəmxanlı kiminlədir? - VİDEOFAKT
  03 Noyabr 2013    Oxunub:1303
AzVision.az xəbər verir ki, axşam saatlarında saytların birində maraqlı video yayılıb. Orada VHP-nin funksioneri Samir Əsədlinin Milli Şuranın son mitinqindəki çıxışı yer alıb. Cəmil Həsənliyə “cənab prezident”, - deyə xitab edən S.Əsədli qanuni iqtidarın ünvanına kəskin tənqidi fikirlər söyləyir.
Bu videonu yayan gün.az saytı iddia edir ki, Milli Şuranın son mitinqində lentə alınmış bu kadrlar “Sabir Rüstəmxanlının siyasi riyakarlığını ifşa edir”.

Sayt hesab edir ki, bu, S.Rüstəmxanlının xüsusi layihəsidir və birbaşa prezidentə qarşı yönələn siyasi addımdır.

Məqalədə vurğulanır ki, `Sabir Rüstəmxanlı sədri olduğu partiya ilə Cəmil Həsənliyə quyruq bulayır, ona “prezidentim” deyir, digər tərəfdən isə hakimiyyətə sığınmağa çalışır.Bu cür “siyasi ortalıqda” qalmaqla yolunu tapa bilməyən Sabir Rüstəmxanlı çoxdan istismar etdiyi imici ilə yenidən gündəmdə qalmağa çalışır, “siyasi meyit”liyi ilə barışa bilmir. Sabir Rüstəmxanlının onu ictimai fəaliyyətinə, siyasi yolunu müəyyən edə bilməməsinə görə tənqid edənləri Sabir Rüstəmxanlı şəxsiyyətə keçməklə təhqir edib. Halbuki onun şəxsiyyətinə toxunulmamışdı, yeni “Əkrəm Əylisli” olmaq istəyən Sabir Rüstəmxanlı üçün ARDI VAR... Cənab “pisatel”, VHP kiminlədir, axı?`

Bu arada Sabir Rüstəmxanlı isə öz növbəsində təhqirlərindən savayı ona aid olan `Qanun` nəşriyyat evində aparılan yoxlamaları bu video ilə əlaqələndirir. Yəni bu qədər sualı cavablandırmaqdansa, standart `variantlara` əl atıb.




Teqlər:  





Xəbər lenti