Ukrayna Rusiyanın 730 vətəndaşına qadağa qoydu
Bundan əvvəl isə xidmətin rəisi Petro Tsiqikal bildirmişdi ki, hərbi vəziyyət elan olunduğu gündən Ukraynaya gəlmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb. O, həmçinin, təkcə kişilərin deyil, qadınların da Ukraynaya girişinə icazə verilməyəcəyini istisna etməyib.
Qeyd dək ki, 25 noyabrda Kerç boğazında Rusiya və Ukrayna gəmiləri arasındakı silahlı insidentdən sonra Kiyev Rusiya vətəndaşı olan 16-60 yaş arası kişilərin Ukraynaya girişini qadağan edib. Ukrayna prezidenti Pyotr Poroşenko bu addımı “Moskvanın Ukraynada xüsusi ordu yaratmasının qarşısını almaq” məqsədilə atdıqlarını deyib. Lakin Rusiya prezidenti Vladimir Putin Kiyevə adekvat cavab verməyəcəklərini və ukraynalıların da Rusiyaya girişini əngəlləməyəcəklərini bildirib.
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


