Moskva ilə İrəvan arasında KTMT ziddiyyəti

  05 Dekabr 2018    Oxunub : 4042
Moskva ilə İrəvan arasında KTMT ziddiyyəti
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyanın prezident Vladimir Putinin köməkçisi Yuri Uşakova bağlı açıqlamasına münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, Yeqonyan Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasının təxirə salınması barədə sözlərini təkzib edib. Bildirib ki, Ermənistan KTMT üzv dövlətlərin liderlərinin 6 dekabr tarixində nəzərdə tutulan sammitinin ləğvini xahiş etməyib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Yuri Uşakovun sözləri təsdiqə ehtiyac duymur. Bundan əlavə, Zaxarova vurğulayıb ki, Yeqonyanın bəyanatı forma və məzmun baxımından narahatlıq doğurur.

Qeyd edək ki, Yeqonyandan fərqli olaraq Uşakov KTMT-nin 6 dekabrdakı sammitinin Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar dəyişdirildiyini bəyan edib: “Astanadakı görüşdə liderlər növbəti sammitin 6 dekabrda keçirilməsi barədə razılığa gəlmişdilər. Lakin 9 dekabr parlament seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan hökumətinin xahişi nəzərə alınaraq, KTMT-nin sammitini keçirməməyi qərarlaşdırdıq”.

Azvision.az

Teqlər: Rusiya   İrəvan