Erməni hərbçilər qar uçqunu altında qalıb

Erməni hərbçilər qar uçqunu altında qalıb
  06 Dekabr 2018    Oxunub:5892
Ermənistan silahlı qüvvələrinin müqavilə əsasında xidmət keçən bir qrup hərbçisi Sisian rayonunda qar uçqunu altında qalıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.
Onun sözlərinə görə, ötən gün baş verən insidentdə hərbçilər xilas edilsə də, onlardan biri hələ də taplmayıb.

Qar uçqunu altından xilas edilən hərbçilərin vəziyyətinin normal olduğu bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti