Fransa polisi hökumət əleyhinə etirazlara qoşuldu
““Sarı gödəkçələr” hərəkatının irəli sürdüyü tələblər bizim hamımıza aiddir. Qanuni şəkildə təşkilatlanmaq və onlarla həmrəyliyimizi ifadə etməyin vaxtı gəlib çatıb. Əlavə iş saatımıza görə 1 dekabrdan premiyamızı artırsa da, hökumət bizə muzdlu kimi yanaşır və verilən pul hökumətin qəbul etdiyi qərarları (yanacağın qiymətinin artırılması və vergilərin artırılmasilə bağlı qərralar) kompensasiya etmir” – deyə məlumatda bildirilib.
Bəyanatda vurğulanıb ki, Fransanın Milli Polis Xidməti heç bir əlavə kömək almadan çox böyük çətinliklərlə fəaliyyə göstərir.
Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin artmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunub. Nəticədə hökumət geri addım ataraq yanacağın vergisinin artırılmasının 6 ay müddətinə təxirə salındığını elan edib. Lakin ötən gün Makron özü bəyan edib ki, “Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir.”
Buna baxmayaraq, əhalinin müxtəlif təbəqələrinin hökumətə qarşı etirazları səngimir və onlar bu şənbə yenidən kütləvi aksiya keçirməyi planlaşdırırlar.
Leyla Elbrusqızı
Azvision.az