Sankt-Peterburqda MDB liderlərinin görüşü keçirilib

Sankt-Peterburqda MDB liderlərinin görüşü keçirilib
  06 Dekabr 2018    Oxunub:6599
Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən zirvədə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Azvision.az “Belta”ya istinadən xəbər verir ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti bu gün Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasından dərhal sonra başlayıb. Dostluq atmosferində qeyri-rəsmi nahar formatında keçirilən MDB dövlət başçılarının zirvə görüşündən öncə liderlər xatirə şəkli çəkdiriblər.

Zirvə görüşünün əvvəlcədən müəyyənləşdirilmiş konkret gündəliyi olmayıb. Liderlər cari ildəki əməkdaşlığın yekunlarını, əvvəllər əldə olunmuş razılaşmaların icrası və MDB məkanında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və gələcək inkişafını müzakirə ediblər.

Qeyd edək ki, görüşdə Rusiya və Azərbaycan prezidentləri ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan prezidentləri, həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan da iştirak edib.

MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü Rusiyanın ilk müasir əyləncə-mədəniyyət mərkəzi olan “Leninqrad Mərkəzi”ndə keçirilib. Mərkəz Potyomkin küçəsində, 100 ildən çox mədəniyyət və incəsənət tarixi olan iqamətgahda yerləşir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Rusiya   MDB   Azərbaycan  





Xəbər lenti