Papa ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə gedir
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da özünün “Twitter” hesabındakı səhifəsində Roma Katolik Kilsəsi başçısının ölkəyə səfəri xəbərini məmnunluqla qarşıladığını yazıb. O qeyd edib ki, bu səfər ikitərəfli əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmlədəcək, konfessiyalararası dialoqu gücləndirəcək, xalqlar arasında sülhün dəstəklənməsinə və möhkəmlənməsinə kömək edəcək.
Bildirilir ki, BƏƏ ilə Vatikan arasında diplomatik münasibətlər 2007-ci ildə qurulub. 2010-cu ildə Hissa Al Otayban BƏƏ-nin Vatikanda ilk səfiri təyin edilib.
KİV-lərin məlumatına görə, pontifikin BƏƏ-yə səfəri fevralın 3-5-də nəzərdə tutulub. Roma Katolik Kilsəsinin başçısı “İnsanların qardaşlığı” mövzusunda keçirilən Beynəlxalq dinlərarası görüşdə iştirak edəcək. (AzərTAc)
Azvision.az