Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verildi

 Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verildi
  07 Dekabr 2018    Oxunub:2016
Qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiqlənib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb.

Azvision.az



Teqlər: Bələdiyyə  





Xəbər lenti