Putin və Medvedyevin maskası ilə oğurluq etdilər

 Putin və Medvedyevin maskası ilə oğurluq etdilər
  07 Dekabr 2018    Oxunub:5386
Ukraynada iki Türkiyə vətəndaşı Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevin maskasını taxmış silahlı şəxslər tərəfindən qarət olunub.

AzVision.az xəbər verir ki, hadisə Lubyanka kəndi yaxınlığında baş verib.
Türklərin maşınını zorla saxlatdıran qəsbkarlar, onları silahla təhdid edərək 20 min dollarlarını götürərək ərazidən uzaqlaşıblar.

Başladılan istintaq çərçivəsində paytaxt Kiyevdə beş məkana edilən basqın zamanı hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan soyğun zamanı istifadə etdikləri əl qumbarası, tapançalar, Putin və Medvedyev maskaları maddi sübut kimi götürülüb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ukrayna   Soyğun  





Xəbər lenti