Sony-yə 22 milyard dollarlıq zərbə

Sony-yə 22 milyard dollarlıq zərbə
  04 Noyabr 2013    Oxunub:1388
AzVision.az Blumberq agentliyinə yazır ki, istinadən xəbər verir ki, Yaponiyanın istehlak elektronikası istehsalçısı Sony şirkətinin kapitallaşma dəyəri noyabrın 1-də keçirilmiş hərracda 2,2 milyard dollar ucuzlaşıb.
Şirkətin kapitallaşma dəyərinin sürətli azalması onun direktoru Kadzuo Xirainin bəyanatı ilə bağlıdır. O, oktyabrın 31-də xalis mənfəət üzrə proqnozu 40% azaldıb. Növbəti gün hərracda Sony şirkətinin səhmlərinin qiyməti 11,1% ucuzlaşıb ki, bu da beş il ərzində ən kəskin azalma kimi tarixə düşüb.

Şirkət öz vəziyyətini 2013-cü ilin sonunda bazara yeni Sony Xperia Z1 qabaqcıl smartfonu və Playstation 4 oyun konsollarının çıxarılması ilə bərpa etməyi hesablayır.

Sony şirkəti xeyli növ istehlak elektronikası istehsal edir. VAIO, Bravia brendləri ona məxsusdur.


Teqlər:





Xəbər lenti