Ermənistanda Müdafiə Nazirliyinin iştirakilə milyonluq cinayət

Ermənistanda Müdafiə Nazirliyinin iştirakilə milyonluq cinayət
  07 Dekabr 2018    Oxunub:4380
Ermənistanın Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin müqavilə imzaladığı təchizatçı şirkətin dövlət büdcəsinə yüz milyonlarla ziyan vurduğunu və müqavilə öhdəliklərini yerinə yetirmədiyini ortaya çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şirkət 700 milyon dram (təqribən 1 milyon 445 min ABŞ dolları) məbləğində öhdəliyini yerinə yetirməyib.

Belə ki, Müdafiə Nazirliyi ordunun lazımi ehtiyaclarının ödənilməsi üçün təchizatçı şirkətlə ümumilikdə 1 milyard 317 milyon (təqribən 2 milyon 718 min ABŞ dolları) dəyərində 4 müqavilə imzalayıb və avans olaraq həmin şirkətin rəhbərliyinə 620 milyon dram (1 milyon 280 min ABŞ dolları) pul ödəyib. Lakin şirkət öz üzərinə götürdüyü 230 milyon dram (təqribən 475 min ABŞ dolları) həcmindəki öhdəliklərinə əməl etməyib.

Nəticədə, Ermənistan büdcəsinin yüz milyonlarla vəsaitinin mənimsənildiyi və bu cür qanun pozuntusuna göz yumulduğu aşkarlanıb. Hərbi Prokurorluq bildirib ki, məsələ ilə bağlı materialların hazırlanması üçün iş Ermənistanın İstintaq Komitəsinə ötürülüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   MüdafiəNazirliyi  





Xəbər lenti