Suriyada bir ailənin 8 üzvü öldürülüb

Suriyada bir ailənin 8 üzvü öldürülüb
  07 Dekabr 2018    Oxunub:3905
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın bu gün Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 8 dinc sakin həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

“ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın deyr əz-Zor əyalətinin cənub-şərqindəki Hacin şəhərinə hava zərbələri nəticəsində bir ailənin üzvləri olan 8 dinc sakin ölüb” – yerli hakimiyyətin məlumatında deyilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   ABŞ  





Xəbər lenti