`Honda Odyssey 2014`ün bu həftə istehsalına başlanacaq - VİDEO

`Honda Odyssey 2014`ün bu həftə istehsalına başlanacaq - VİDEO
  04 Noyabr 2013    Oxunub:1526
Honda Odyssey 2014 Odyssey çıxarışının 5-ci nəsli rəsmi olaraq Tokiyo avtosalonunda nümayiş etdirildi. Qeyd edək ki, maşının hələlik Şimali Amerikadan başqa bütün dünya bazarları eləcədə Avstraliya bazarı üçün istehsal edilməsinə bu həftə başlanacaq.AzVision.az `avtoclub446`ya istinadən xəbər verir ki, Yaponiyada artıq bu həftə satışa buraxılacaq.
Honda Odyssey 2014 özündə nə maraqlı cəhətləri birləşdirir?

İlk növbədə əlbətdəki maşının mühərrikinə diqqət yetirək. Ən azından ona görə ki, britaniyalı Warranty Direct-in araşdırmalarına görə dünyada ən güvənilir mühərriklər istehsal edir.

Honda Odyssey 2014 2,4 litrlik DOHC I –VTEC benzin mühərriki ilə komplektasiya edilir. 4 silindirli mühərrik 173 l.s və reduktorsuz və 182 l.s tam ötürücülü təqdim edilir. Yeni transmissiya ilə yanaşı, Odyssey 2014 təzə hazırlanmış, Hondaya uyğun ola biləcək təkmilləşdirilmiş yürüş və idarəetmə platformasında bazalaşdırılır.

Maşın 7 və ya 8 yerlik konfiqurasiyada təqdim edilir ki, bu da özünə görə cəzb edicidir. Sürüşən arxa qapı və əvvəlki versiyasından daha hündür tavanı maşının için xeyli genişləndirir. Maşın eləcədə yüklənməsi və boşaldılması asan olan böyük tutumlu yük hissəsis ilə də təchiz olunub. Bir neçə geniş miqyaslı kamera park etməni rahatlaşdırır. Ekrana təsvir isə Honda Smart Parking sistemi vasitəsilə gəlir.

Yaxşı bəs görən bu gözəlçənin qiyməti neçeyədir? Azərbaycan bazarına hansı qiymətə daxil olacağını deyə bilməsək də maşın Yaponiyada 2 490 000 – 3 730 000 yen ($ 25300 - $ 37900) qiymət ararası olacaq.




Teqlər:  





Xəbər lenti