Təhlükəli Asteroid 10 günə çatır

Təhlükəli Asteroid 10 günə çatır
  05 Fevral 2013    Oxunub:1146
2012-ci ilin fevral ayında İspaniyanın La Saqra rəsədxanasının astronomları tərəfindən müəyyən edilən 2012DA14 asteroidi yerə fevralın 15-i saat 24:25-də yaxınlaşacaq.
10 gündən sonra Yerə rekord yaxınlıqdan keçəcək asteroid planetimizə Aydan da yaxın olacaq . Bu barədə asteroidin trayektoriyasını ölçən NASA alimləri məlumat verib. Kosmik cismlə Yer arasındakı maksimum yaxınlıq məsafəsi 17 min kilometrə bərabər olacaq.

Məlumata görə asteroid hətta yerin süni peyklərindən də yaxın məsafədən uçacaq. Qeyd edək ki, televiziya siqnallarının yayım peyklərinin yerləşdiyi geostasionar orbitin hündürlüyü dəniz səviyyəsindən 35 min kilometr hündürlükdə yerləşir. Bir sözlə, alimlər sözügedən asteroidin həmin peyklərdən biri ilə toqquşacağını istisna etmirlər.

“Yerin müasir tarixində bu vaxtadək belə hadisə qeydə alınmayıb. Bu rekorddur. 1990-cı ildə kosmik araşdırmalar başlayan vaxtdan bu günə kimi belə böyük ölçüdə bir obyekt Yerə bu qədər yaxın məsafədən keçməyib”-deyə NASA asteroid-araşdırmaları proqramının rəhbəri Don Yeomans bildirib.

Qeyd edək ki, 2012DA14 asteroidi, ötən il Spaniyada La Sagra Kosmik Araşdırmalar rəsədxanasında bir qrup həvəskar araşdırmaçılar tərəfindən aşkar edilib.


Teqlər:  





Xəbər lenti