
Məlumata əsasən, 8 mindən çox polis Parisdə təhlükəsizliyi qorumaq üçün səfərbər edilib. Paytaxt küçələrinə zirehli texnikalar cəlb olunub. Bu günədək baş tutan aksiyalarda azı 700 nəfər saxlanılıb, ictimai asayişi pozduğuna görə 211 nümayişçinin həbsinə qərar verilib. Hazırda polis əsas küçə və prospektləri nəzarətə götürüb.


Azvision.az