Belçikada yüzlərlə insan etiraza qalxdı - FOTO

  08 Dekabr 2018    Oxunub : 3523
Belçikada yüzlərlə insan etiraza qalxdı - FOTO
Fransadan sonra daha bir Avropa ölkəsində etiraz aksiyalarına başlanılıb.
Azvision.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə yerli sakinlər Parisdəki "sarı jiletlilər" adlı aksiyalara dəstək nümayiş etdiriblər.

Yüzlərlə insan Fransa ilə Belçika arasındakı avtomobil yolunu bağlayıb. Aksiyaçılar ağır iqtisadi durumdan və mavi yanacağın qiymətinin bahalaşmasından şikayətləniblər. Əraziyə cəlb olunan polis əməkdaşları aksiyaya müdaxilə edib, yüzdən çox insan saxlanılıb.





Azvision.az

Teqlər: Belçika   Etiraz   Aksiya