Kataloniyada “sarı jiletlər” aksiyası hazırlanır

  08 Dekabr 2018    Oxunub : 2458
Kataloniyada “sarı jiletlər” aksiyası hazırlanır
Fransada baş verən “sarı jiletlər” üsyanından nümunə götürən Kataloniya separatçı hərəkatı dekabrın 21-də Barselonada aksiya keçirməyə hazırlaşır.
Sol təmayüllü “La Forja-Jovent Revolucionari” gənclər təşkilatı İspaniya Nazirlər Şurasının həmin gün Kataloniya paytaxtında keçirəcəyi səyyar iclası pozmaq niyyətindədir. Onlar bəyan ediblər ki, hökumət üzvlərinin Barselonaya səfəri müddətində keçiriləcək aksiyanı əlaqələndirmək üçün müxtəlif təşkilatlarla danışıqlar aparıblar. Təşkilatın bəyanatında qeyd olunur ki, aksiyanın məqsədi iclasın normal şəraitdə keçməsinə mane olmaqdır.

Təşkilatçılar tərəfindən “Telegram” sosial şəbəkəsində etiraz aksiyasında iştirak etmək istəyən və Kataloniyada həyatı tamamilə iflic etmək niyyətində olan vətəndaş qruplarının kanalları yaradılıb. (AzərTAc)

Azvision.az

Teqlər: Kataloniya