“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” - Ərdoğan

“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” -  Ərdoğan
  09 Dekabr 2018    Oxunub:4867
"Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu, söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir"
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Avropada baş verənləri görürsünüzmü? 15 iyulda bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Ankara nümayişçilərin yaratdığı xaosa və etirazçılara qarşı güc tətbiqinə qarşıdır.

Azvision.az



Teqlər: Ərdoğan  





Xəbər lenti