Rayonlara vaksinlər göndərilib

Rayonlara vaksinlər göndərilib
  09 Dekabr 2018    Oxunub:2592
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən 2019-cu il üzrə heyvanlara dövlət tərəfindən təminatı aparılacaq vaksinlər rayonlara çatdırılıb.
Bu barədə Azvision.az-a açıqlamasında Xidmətin mətbuat katibi Yolçu Xanvəli deyib. O bildirib ki, gələn ildən vaksinlərin vurulmasına başlanılacaq.

"Heyvanların sayına uyğun vaksinlər vurulacaq. Diaqnostik kabinetlərin maddi texniki təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bundan əlavə, laboratoriyalar fəaliyyət göstərəcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Vaksin  





Xəbər lenti