Serj Sarkisyan üzə çıxdı, amma danışmadı

Serj Sarkisyan üzə çıxdı, amma danışmadı
  09 Dekabr 2018    Oxunub:4008
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət içinə çıxıb.

Azvision.az xəbər verir ki, Sarkisyan ölkəsində keçirilən növbədənkənar parlament seçkilərinə qatılaraq səsvermə hüququndan istifadə edib.
Jurnalistlər seçki ilə bağlı ondan münasibət öyrənməyə çalışsalar da, Sarkisyan "mən sizə müsahibə verməyəcəyəm" deyərək seçki məntəqəsini tərk edib.

Eks-prezident öncəki seçkilərdən fərqli olaraq, bu dəfə səsverməyə xanımı ilə deyil, tək gəlib.

Azvision.az



Teqlər: Sarkisyan   Seçki  





Xəbər lenti