Nikol Paşinyan seçkidən narazıdır

Nikol Paşinyan seçkidən narazıdır
  09 Dekabr 2018    Oxunub:6872
Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan vətəndaşlara müraciət edib.

Azvision.az xəbər verir ki, Paşinyan "Facebook" səhifəsində canlı yayıma çıxaraq vətəndaşları növbədənkənar parlament seçkilərində aktiv olmağa çağırıb.
Paşinyan bugünkü seçkidə seçici fəallığının aşağı olduğunu etiraf edib. O, bunu seçicilərin məcburi şəkildə məntəqələrə gətirilməməsi ilə əlaqələndirib.

"Seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə xeyli aşağıdır Bunun bir izahı var: əvvəllər insanlar avtobuslarla seçki məntəqələrinə gətirilirdi, indi isə belə bir şey yoxdur".

Paşinyan ümid edir ki, vətəndaşlar gün ərzində səsvermə hüquqlarından istifadə edəcəklər.

Qeyd edək ki, bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Saat 11:00-a olan rəsmi məlumata əsasən, ölkə üzrə cəmi 7,76 faiz seçici səsverməyə qatılıb.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan   Seçki  





Xəbər lenti