Polislər Qurana and içdilər ki, rüşvət almayacaqlar

 Polislər Qurana and içdilər ki, rüşvət almayacaqlar
  09 Dekabr 2018    Oxunub:4145
Özbəkistanın Daşkənd vilayətinin polis əməkdaşları rüşvət almayacaqları ilə bağlı Qurana and içiblər.
Azvision.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun özbək redaksiyası məlumat yayıb.

Polislərin Quran kitabına əl basmasına dair görüntülər sosial şəbəkələrdə rezonans doğurub.

Özbəkistanın Daxili İşlər Nazirliyindən bildirilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının and mərasimi korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir.

Azvision.az



Teqlər: Polis   Rüşvət  





Xəbər lenti