“Toyota” 13 mindən çox avtomobili geri çağırır

“Toyota” 13 mindən çox avtomobili geri çağırır
  09 Dekabr 2018    Oxunub:3585
“Toyota” şirkəti 13 min 48 ədəd avtomobili Çindən geri çağırır.
Azvision.az xəbər verir ki, buna səbəb avtomobillərdə işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlardır.

Geri çağırılan avtomobillər əsasən cari ilin mart ayından oktyabrınadək olan müddətdə istehsal olunan “Corolla GL” modellidir. İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.

Azvision.az



Teqlər: Toyota  





Xəbər lenti