Paşinyanın adamları seçicilərə rüşvət təklif edir

  09 Dekabr 2018    Oxunub : 3594
Paşinyanın adamları seçicilərə rüşvət təklif edir
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntuları qeydə alınıb.

Azvision.az xəbər verir ki, seçkinin başa çatmasına sayılı saatlar qalsa da, səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu səs verməyib.
Ümumilikdə 9 dekabr seçkiləri Ermənistan tarixində ən uğursuz seçki kimi xarakterizə olunur.

Erməni KİV-lərində yer alan məlumatlara görə, seçkilərdə qanun pozuntularına yol verilsə də, polis tərəfindən cinayət işi açılmayıb, daxil olan şikayətlərə aidiyyatı qurumlar tərəfindən operativ şəkildə baxılmır.

Növbəti seçki pozuntusu Ermənistanın Sünik vilayətində baş verib. Bu barədə “Çiçəklənən Ermənistan” partiyasınınn namizədi Naira Zohrabyan “Facebook” səhifəsində məlumat yayıb. Bildirib ki, qubernator Unan Poqosyan şəhər merlərinə və icma rəhbərlərinə vətəndaşları Nikol Paşinyanın “Mənim addımım” blokuna səs verməyə çağırmalarını tapşırıb.

Bundan əlavə, yerlərdə "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olundu deyilir. Zohrabyan məlumatı dəqiqləşdirdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edəcəyini söyləyib.

Ermənistan Baş Prokurorluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-si cinayət tərkiblidir.

Azvision.az

Teqlər: Ermənistan   Seçki   Paşinyan