Paşinyanın bloku seçkidə qalib gəlib

Paşinyanın bloku seçkidə qalib gəlib
  10 Dekabr 2018    Oxunub:3636
Ötən gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Azvision.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatına əsasən, hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884 min 456) səslə qələbə qazanıb.
"Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayıb. Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilməyib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 48,63 faizi səsvermə prosesində iştirak edib. Bu, indiyədək Ermənistan tarixində ən aşağı nəticədir.

Azvision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti