Paşinyanı parlamentdə 86 deputat təmsil edəcək

Paşinyanı parlamentdə 86 deputat təmsil edəcək
  10 Dekabr 2018    Oxunub:3198
Ötən gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri artıq məlumdur. Gözlənildiyi kimi, hazırda ölkənin baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884 min 456) səslə seçkidə qələbə qazanıb.
"Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayıb. Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilməyib.

Məlumata görə, "Mənim addımım" blokunu parlamentdə 86 deputat təmsil edəcək. "Çiçəklənən Ermənistan" 25, "İşıqlı Ermənistan" isə 18 mandat alacaq. Ehtimal olunur ki, Ermənistan parlamentinin say tərkibi 129 deputata çatdırılacaq.

Alpər Mövludoğlu
Azvision.az



Teqlər: Paşinyan  





Xəbər lenti