“Chatham House”un analitiki: “İnqilabların təcrübəsi Paşinyanın devriləcəyini göstərir”

 “Chatham House”un analitiki:  “İnqilabların təcrübəsi Paşinyanın devriləcəyini göstərir”
  10 Dekabr 2018    Oxunub:4412
“Nikol Paşinyanın hazırda üzləşdiyi başlıca problem “məxməri” adlandırılan inqilabı uzunmüddətli mirasa çevirməkdir. Bu isə, Paşinyanın diktator olmasını təmin edəcəki”
Azvision.az xəbər verir ki, bunu “Chatham House”un dosenti, “Qafqaz Araşdırmaları” analitik jurnalının həmtəsisçisi Lourens Broers "Euronews”a müsahibəsində Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.

“Paşinyan özünün şəxsi populyarlığından həzz alır və qarşısındakıların hamısını silib-süpürərək Paşinyanın ölkədə yeganə dominant fiqur olmaq təhlükəsi var”.

Broersin fikrincə, Ermənistan uzun illərdir ki, bir sıra sahələrdə geniş miqyaslı islahatlara ehtiyac duyur, lakin bu islahatların tam effektivliyi üçün hesabatlılıq başlıca meyardır. Bu mənada, çətin ki Paşinyan Ermənistanda təkhakimiyyətliliyə nail olduqdan sonra parlamentdə hökumətin səhv qərarlarını mühakimə edəcək sağlam müxalifət formalaşsın:

“Post-Sovet ölkələrində tez-tez populyar üsyanlar yolu ilə hakimiyyətə gətirilən islahatçı liderlər daha sonra gücü öz əllərində mərkəzləşdirirlər və leqitimliklərini itirirlər. Paşinyan da inqilab yolu ilə baş nazir kimi hakimiyyətə gəldi. Amma parlament əvvəlki hakimiyyətin nəzarətində idi. Digər post-Sovet ölkələrinin təcrübəsindən də görürük ki, inqilabdan sonra bütün hakimiyyəti ələ alan liderlər uzunmüddətli islahatlar və siyasi dəyişikliklərlə bağlı xalqı məyus ediblər. Paşinyan həm də gənc və təcrübəsiz elitləri hökumətə gətirib və şübhəsiz ki, onlar gələcəkdə səhvlər buraxacaqlar. Və məsələ də ondadır ki, hökumətin bu cür səhvlərinə görə Paşinyandan hansı siyasi qüvvələr hesab soraraq onu məsuliyyətə cəlb edə biləcəklər?"

Politoloq Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyinə də toxunub: “Ermənistan xalqı avtoritar və oliqarx rejimlərdən canını qurtarmaqda niyyətlidir, amma Rusiya ilə sıx müttəfiqlik əlaqələrini saxlamaqla buna necə nail olacaqları Ermənistan-Rusiya münasibətlərini ciddi sınağa çəkəcək. Lakin enerji və nəqliyyat kimi strateji sferalar da daxil olmaqla, iqtisadiyyatın başlıca sahələrində Ermənistan oliqarxlarının ruslarla əlaqələrinin pozulması Paşinyanın həmin oliqarxların yerli erməni müştəriləri o cümlədən də Rusiya dövləti və kommersiya fiqurları ilə münaqişəyə girməsini qaçılmaz edəcək”.

Bu mənada istisna olunmur ki, əsas müxalifətin parlamentə girişini blokladıqdan sonra vəd etdiyi iqtisadi-sosial islahatları yerinə yetirmədiyi halda Paşinyanı da digər məxməri inqilab liderlərinin aqibəti gözləyir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Lourens-Broers   Paşinyan  





Xəbər lenti