Türkiyə Kaşoqinin işini beynəlxalq məhkəməyə verir

Türkiyə Kaşoqinin işini beynəlxalq məhkəməyə verir
  10 Dekabr 2018    Oxunub:3143
Türkiyə səudiyyəli jurnalist Camal Kaşoqinin qətlinə dair cinayət işinin baxılması üçün beynəlxalq instansiyalara ötürməyə hazırdır.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib. “Biz həm texniki, həm də hüquqi hazırlığımızı görmüşük. Odur ki, müvafiq qərar olduğu təqdirdə iş beynəlxalq məhkəmə instansiyalarına veriləcək”, - türkiyəli nazir vurğulayıb.
Əbdülhəmid Gül həmçinin, Kaşoqi cinayətini törədənlərin cəzalandırılmaları üçün Türkiyəyə təhvil verilmələrilə bağlı Ər-Riyadın Ankaranın tələbini rədd etməsini də kəskin qınayıb: “Biz tələbimizi hüquq çərçivəsində yenidən etdik. Bu cinayətin aydınlığa çıxmasını istəyirsinizsə, Türkiyə ilə əməkdaşlıq etməlisiniz”.

Xatırladaq ki, Ankara Səudiyyə kəşfiyyatı sədrinin keçmiş köməkçisi Əhməd əl-Əsiri və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sabiq məsləhətçisi və sağ əli Səud əl-Kahtani barəsində bir həftə içərisində həbs edilmə qərarı çıxarmışdı. Lakin Ər-Riyad Səudiyyə vətəndaşlarını Türkiyəyə verməyəcəyini deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti